AZ

ÇL-də gecənin nəticələri - “Real”dan möhtəşəm geridönüş

UEFA Çempionlar Liqasının Liqa mərhələsində III tura bu gün 9 oyunla start verilib.

Yenisabah.az xəbər verir ki, İspaniya “Real”ı doğma meydanda Almaniya təmsilçisi “Borussiya”nı (Dortmund) qəbul edib. Qarşılaşmada meydan sahibləri 0:2 hesabı ilə geri düşsələr də, ardıcıl 5 qol vuraraq qələbə qazanıblar - 5:2.

PSJ (Fransa) isə Niderland təmsilçisi PSV ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. İtaliyanın “Yuventus”u isə “Ştutqart”la (Almaniya) məğlub olub - 0:1.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

III tur

22 oktyabr

20:45. “Milan” (İtaliya) - “Brügge” (Belçika) 3:1

20:45. “Monako” (Fransa) - “Srvena Zvezda” (Serbiya) 5:1

23:00. PSJ (Fransa) - PSV (Niderland) 1:1

23:00. “Yuventus” (İtaliya) - “Ştutqart” (Almaniya) 0:1

23:00. “Aston Villa” (İngiltərə) - “Bolonya” (İtaliya) 2:0

23:00. “Jirona” (İspaniya) - “Slovan” (Slovakiya) 2:0

23:00. “Şturm” (Avstriya) - “Sportinq” (Portuqaliya) 0:2

23:00. “Real” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya) 5:2

23:00. "Arsenal" (İngiltərə) - "Şaxtyor" (Donetsk, Ukrayna) 1:0

Qeyd edək ki, Liqa mərhələsində III tura bu gün baş tutacaq 9 oyunla yekun vurulacaq.


Telegram kanalımız
Seçilən
1
25
yenisabah.az

10Mənbələr