AZ

Çempionlar Liqası: “Real” qələbə qazanıb, “Yuventus” məğlub olub

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turuna start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə 9 matç baş tutub.

“Real” Dortmund “Borussiya”sını qəbul edib. İlk hissəni qonaqlar öndə tamamlayıb. Iakin madridlilər ikinci yarıda 5 qol vuraraq qələbə qazanıb.

“Yuventus” “Ştutqart”la qarşılaşıb. Görüşün taleyini bir qol həll edib. Almaniya təmsilçisi son dəqiqələrdə vurduğu qolla qalib gəlib.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi
III tur
22 oktyabr

20:45. “Milan” (İtaliya) - “Brügge” (Belçika) 3:1
20:45. “Monako” (Fransa) - “Srvena Zvezda” (Serbiya) 5:1
23:00. PSJ (Fransa) - PSV (Niderland) 1:1
23:00. “Yuventus” (İtaliya) - “Ştutqart” (Almaniya) 0:1
23:00. “Aston Villa” (İngiltərə) - “Bolonya” (İtaliya) 2:0
23:00. “Jirona” (İspaniya) - “Slovan” (Slovakiya) 2:0
23:00. “Şturm” (Avstriya) - “Sportinq” (Portuqaliya) 0:2
23:00. “Real” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya) 5:2

Qeyd edək ki, Liqa mərhələsində III tura sabah yekun vurulacaq.

Seçilən
1
25
apa.az

10Mənbələr