AZ

“Yuve” uduzdu, “Real” və “Milan” qalib gəldi - Çempionlar Liqasında

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin 3-cü turuna start verilib.

Arena.az xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma baş tutub.

UEFA Çempionlar Liqasının sonuncu qalibi olan İspaniya nəhəngi “Real” doğma meydanda Almaniya təmsilçisi “Borussiya” (Dortmund) ilə qarşılaşıb. Türkiyəli mütəxəssis Nuri Şahinin çalışdırdığı Dortmund klubu səfərdə 2:0 hesabıyla önə keçdiyi bu qarşılaşmanın son yarım saatında buraxdığı 5 qolla acı məğlubiyyətə üzülüb.

Fransa çempionu PSJ Niderland təmsilçisi PSV-ni qəbul edib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

İtaliyanın “Yuventus” klubu isə “Ştutqart”la (Almaniya) üz-üzə gəlib. Turin təmsilçisi doğma meydanda məğlubiyyətlə qarşılaşıb.

“Milan”, “Monako”, “Arsenal”, “Aston Villa”, “Jirona”, “Sportinq” də günü qələbə ilə başa vuranlar sırasındadır.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turuna sabah baş tutacaq növbəti 9 oyunla yekun vurulacaq.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 3-cü tur
22 oktyabr

“Milan” (İtaliya) – “Brügge” (Belçika) 3:1
Qollar: Pulişiç, 34. Reynders, 61; 71 – Sabbe, 51.

“Monako” (Fransa) – “Srvena Zvezda” (Serbiya) 5:1
Qollar: Minamino, 20; 70. Embolo, 45+4. Sinqo, 54. Akliuş, 90+6 – Ndiaye, 27-pen.

PSJ (Fransa) – PSV (Niderland) 1:1
Qollar: Hakimi, 55 – Lanq, 34.

“Yuventus” (İtaliya) – “Ştutqart” (Almaniya) 0:1
Qol: Ture, 90+2.

“Aston Villa” (İngiltərə) – “Bolonya” (İtaliya) 2:0
Qollar: Makqinn, 55. Duran, 64.

“Jirona” (İspaniya) – “Slovan” (Slovakiya) 2:0
Qollar: M.Qutyerres, 42. Xuanpe, 73.

“Şturm” (Avstriya) – “Sportinq” (Portuqaliya) 0:2
Qollar: N.Santos, 23. Qyokereş, 53.

“Real” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) 5:2
Qollar: Rüdiger, 60. Vinisius, 62; 86; 90+3. Lukas, 83 – Malen, 30. Gittens, 34.

“Arsenal” (İngiltərə) – “Şaxtyor” (Donetsk, Ukrayna) 1:0
Qol: Riznık, 29-öz qapısına.

Seçilən
17
3
arena.az

10Mənbələr