AZ

Beynəlxalq Riyaziyyat Olimpiadasında qalib gələn tələbələrlə görüş olub

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Bolqarıstanda Beynəlxalq Riyaziyyat Olimpiadasında qalib gələn Mexanika-riyaziyyat fakültəsinin IV kurs tələbələri Vüqar Quliyev və Amil Cəbiyevlə görüşüb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə rektor tətbiqi elmlər üzrə tələbə və şagirdlərin olimpiadalarda iştirakına xüsusi diqqət ayrılmasının, məşğələ aparan müəllim və olimpiada rəhbərlərinin stimullaşdırılmasının universitetin prioritetləri sırasında olduğunu söyləyib.

Xatırladaq ki, Bolqarıstanda keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında Vüqar Quliyev I yeri qazanaraq qızıl, Amil Cəbiyev isə III yeri tutaraq bürünc medala sahib olub. Olimpiada Bolqarıstanda yerləşən Amerika Universiteti və London Universitet Kollecinin birgə təşkilatçılığı ilə Blaqoevqrad şəhərində keçirilib. Vüqar və Amil həm də BDU-nun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Riyaziyyat üzrə Respublika Olimpiadasının qalibidirlər.

Seçilən
0
2
yeniazerbaycan.com

3Mənbələr