AZ

BDU rektoru Bolqarıstanda Beynəlxalq Riyaziyyat Olimpiadasında qalib gələn tələbələrlə görüşüb - FOTO

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Bolqarıstanda Beynəlxalq Riyaziyyat Olimpiadasında qalib gələn Mexanika-riyaziyyat fakültəsinin IV kurs tələbələri Vüqar Quliyev  və Amil Cəbiyevlə görüşüb.
 
Bu barədə Moderator.az-a BDU-dan məlumat verilib.
 
BDU-da olimpiada hərəkatının gündən-günə genişləndiyini diqqətə çatdıran rektor tələbələri təbrik edib, onlara uğurlar arzulayıb. O qeyd edib ki, Mexanika-riyaziyyat fakültəsi Azərbaycanda riyaziyyat elminin əsas məbədidir. Tətbiqi elmlər üzrə tələbə və şagirdlərin olimpiadalarda iştirakına xüsusi diqqət ayrılması, məşğələ aparan müəllim və olimpiada rəhbərlərinin stimullaşdırılması BDU-nun əsas prioritetləri sırasındadır.
 
Qeyd edək ki, Bolqarıstanda keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında BDU-nun Mexanika-riyaziyyat fakültəsinin IV kurs tələbələri Vüqar Quliyev  I yeri qazanaraq qızıl, Amil Cəbiyev isə III yeri tutaraq bürünc medala sahib olub. Olimpiada avqustun 5-dən 11-dək Bolqarıstanda yerləşən Amerika Universiteti və London Universitet Kollecinin birgə təşkilatçılığı ilə Blaqoevqrad şəhərində keçirilib. Tələbələrimiz həm də BDU-nun təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illik yubileyinə həsr olunmuş tələbələr arasında Riyaziyyat üzrə Respublika Olimpiadasının qalibidirlər.
Seçilən
11
2
moderator.az

3Mənbələr