AZ

Putin inkişafdan danışdı, Modi Ukraynadan – Görüş

Rusiya Prezidenti Vladimir Putin bu gün Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb.

Axar.az xəbər verir ki, Kazanda başlayan BRİKS sammiti çərçivəsində keçirilən görüşdə Rusiya-Hindistan ikitərəfli münasibətləri müzakirə olunub.

“Biz mütəmadi olaraq telefonla məlumat mübadiləsi aparırıq. Kazanda biz BRİKS-in fəaliyyətinin daha da təkmilləşdirilməsinə və onun çərçivəsində çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra mühüm qərarlar qəbul etməliyik”, - Putin bildirib.

Onun sözlərinə görə, Rusiya-Hindistan münasibətləri xüsusilə imtiyazlı strateji tərəfdaşlıq xarakteri daşıyır və fəal inkişafa davam edir.

Modi çıxışında iki ölkə arasındakı əlaqələrdən məmnunluğunu ifadə edib. Ukraynadakı müharibədən danışan Hindistanın baş naziri bildirib ki, bu münaqişə sülh yolu ilə həll edilməlidir və onun ölkəsi mümkün yardımı göstərməyə hazırdır.

Seçilən
13
50
axar.az

10Mənbələr