AZ

Putin və Si Cinpin Ukraynadakı vəziyyəti müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpin Kazanda BRICS sammiti çərçivəsində keçirdikləri danışıqlarda Ukraynada baş verən vəziyyəti və ümumilikdə beynəlxalq vəziyyəti müzakirə ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Peskov qeyd edib ki, danışıqlar çox açıq, işgüzar, konstruktiv və konkret mövzular üzərində keçib: "Ukrayna ilə bağlı fikir mübadiləsi aparıldı və ümumilikdə beynəlxalq vəziyyət müzakirə olundu".

O, həmçinin qeyd edib ki, danışıqlar zamanı Moskva və Pekinin dünya hadisələrinə dair mövqelərinin və yanaşmalarının əhəmiyyətli dərəcədə üst-üstə düşdüyü bir daha təsdiqlənib. Bundan əlavə, Rusiya lideri və Çin sədri gələcək təmasların və dialoqun davam etdirilməsi üçün əsas parametrləri müəyyənləşdiriblər.

Bundan əvvəl Si Cinpin Rusiya və Çin arasındakı münasibətləri yüksək qiymətləndirərək, son onillikdə iki dövlət arasında əməkdaşlığın misilsiz və unikal bir səviyyəyə çatdığını bildirmişdi.

Seçilən
40
50
iqtisadiyyat.az

10Mənbələr