ABŞ-min Nyu-Meksiko ştatının Rosvel şəhərində yağan güclü yağışlar daşqınlara səbəb olub.
Modern.az xəbər verir ki, yerli qurumlar daşqınlar nəticəsində ən azı iki nəfərin öldüyünü açıqlayıb.
Nyu-Meksiko Milli Qvardiyası tərəfindən 300-dən çox insan xilas edilib, onlardan 38-i müxtəlif xəsarətlərlə xəstəxanalara aparılıb.
Daşqın şənlik keçirilən şəhər mərkəzini də basıb. Suyun səviyyəsinin qalxmasına görə musiqi qrupu və qonaqlar dama çıxmaq məcburiyyətində qalıb, səhər xilasedicilər gələnə qədər orada gözləyiblər.
Fəlakətə görə Nyu-Meksiko qubernatoru Mişel Lujan-Qrişam fövqəladə vəziyyət elan edib, zərərçəkənlərə kömək üçün dövlət büdcəsindən 1 milyon dollar ayırıb.
Qeyd olunur ki, orta hesabla, Rosvel ildə 30 santimetrdən çox yağıntı almır, sinoptiklər bu qeyri-adi hadisəni Arizona üzərində dövr edən tsikllə əlaqələndiriblər.