AZ

Fransız müstəmləkəçiliyinin nəticələrinə dair beynəlxalq konfrans keçirilir

BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Komitəsinin davam edən (İHK) 142-ci sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və Fransız Müstəmləkəçiliyinin Nəticələri” adlı beynəlxalq konfrans işə başlayıb. SİA xəbər verir ki, tədbirdə Fransa və Niderlandın əsarəti altında olan ərazilər – Martinika, Yeni Kaledoniya, Qvadelupa, Bonaire, Sen-Martin, Fransız Polineziyası, Mayot, Fransız Qvianası, Korsika, həmçinin Qayanadan parlamentarilər, qeyri-hökumət təşkilatlarının və siyasi partiyaların rəhbərləri, ekspertlər, elm xadimləri, beyin mərkəzlərinin tədqiqatçıları, habelə bir sıra ölkələrin BMT-nin Cenevrə bölməsində akkreditə olunmuş diplomatları iştirak edirlər. Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal, “Urgences Panafircanistes” Kemi Seba da konfransa qatılıb.

Kemi Səba Fransa polisi tərəfindən qanunsuz saxlanılmasına, eləcə də polisin onunla kobud rəftar etməsinə dair məlumat verəcək.

Konfransda Fransa və Niderland tərəfindən aparılan müstəmləkə siyasətinin yaratdığı sosial, siyasi və ekoloji təsirləri müzakirə olunacaq, beynəlxalq ictimaiyyətə dekolonizasiya prosesinə dəstək vermək üçün çağırış ediləcək. Xüsusilə müstəmləkə altında olan xalqların öz müqəddəratını təyinetmə hüququnun tanınması və ədalətli bir gələcəyin qurulması üçün beynəlxalq hüquq prinsiplərinə uyğun həll yollarını tapmaq konfransın əsas məqsədləri sırasındadır.

Tədbirdə Fransa müstəmləkəçiliyinin tarixi və mövcud təsirləri ilə yanaşı, iqtisadi asılılıq, sosial hüquqların pozulması və ekoloji problemlər ətraflı şəkildə müzakirə olunacaq.

Seçilən
1
19
sia.az

10Mənbələr