Demokrat.az xəbər verir ki, tədbirdə Fransa və Niderlandın əsarəti altında olan ərazilər – Martinik, Yeni Kaledoniya, Qvadelup, Bonaire, Sen-Martin, Fransız Polineziyası, Mayot, Fransız Qvianası, Korsika, həmçinin Qayanadan parlamentarilər, qeyri-hökumət təşkilatlarının və siyasi partiyalarının rəhbərləri, ekspertlər, elm xadimləri, beyin mərkəzlərinin tədqiqatçıları, habelə bir sıra ölkələrin BMT-nin Cenevrə bölməsində akkreditə olunmuş diplomatları iştirak edəcək.
Konfransda Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal, “Urgences Panafircanistes” Kemi Sebanın da iştirakı planlaşdırılır.
Tədbirin məqsədi Fransa və Niderland tərəfindən aparılan müstəmləkə siyasətinin yaratdığı sosial, siyasi və ekoloji təsirlərini müzakirə etmək və beynəlxalq ictimaiyyəti dekolonizasiya prosesinə dəstək verməyə çağırmaqdır. Xüsusilə, müstəmləkə altında olan xalqların öz müqəddəratını təyinetmə hüququnun tanınması və ədalətli bir gələcəyin qurulması üçün beynəlxalq hüquq prinsiplərinə uyğun həll yollarını tapmaq əsas vəzifələr sırasındadır.
Konfransda Fransa müstəmləkələrinin tarixi və mövcud təsirləri ilə yanaşı, iqtisadi asılılıq, sosial hüquqların pozulması və ekoloji problemlər ətraflı şəkildə müzakirə olunacaq.
10Mənbələr
-
demokrat.azFransanın müstəmləkəçilik siyasəti ifşa olunacaq - BTQ Ceneverədə konfrans keçirəcək ( 12258064)
-
musavat.comBTQ Cenevrədə Fransanın müstəmləkəçilik siyasətinin ifşasına həsr olunan konfrans keçirəcək ( 12257137)
-
qafqazinfo.azBTQ Cenevrədə konfrans keçirəcək ( 12256981)
-
xalqqazeti.azBakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Cenevrədə fransız müstəmləkəçiliyinin nəticələrinə dair beynəlxalq konfrans keçiriləcək ( 12250738)
-
yeniazerbaycan.comBakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Cenevrədə fransız müstəmləkəçiliyinin nəticələrinə dair beynəlxalq konfrans keçiriləcək ( 12250720)
-
manset.azBTQ Fransanın müstəmləkəçilik siyasətinin ifşasına həsr olunan konfrans keçirəcək ( 12249589)
-
manset.azBTQ Cenevrədə Fransanın müstəmləkəçilik siyasətinin ifşasına həsr olunan konfrans keçirəcək ( 12249550)
-
hafta.azBakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək ( 12249349)
-
xezerxeber.azCenevrədə fransız müstəmləkəçiliyinin nəticələrinə dair beynəlxalq konfrans keçiriləcək ( 12249094)
-
yenicag.azCenevrədə fransız müstəmləkəçiliyinin nəticələrinə dair beynəlxalq konfrans keçiriləcək ( 12248983)