Aktual.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Bildirilib ki, yenidənqurma işləri çərçivəsində paytaxtın İsmayıl bəy Qutqaşınlı və Qurban Xəlilov küçələrində 5 yeni ödənişli parklanma məntəqəsi istifadəyə verilib.
"Bakı küçələrində aparılan yenidənqurma işləri nəqliyyat axınlarını daha rahat və təhlükəsiz etməyi hədəfləyir" - agentlik bəyan edib.