RU

Bakıda yeni parklanma məntəqələri yaradıldı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda yeni parklanma məntəqələri yaradıb.

Aktual.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Bildirilib ki, yenidənqurma işləri çərçivəsində paytaxtın İsmayıl bəy Qutqaşınlı və Qurban Xəlilov küçələrində 5 yeni ödənişli parklanma məntəqəsi istifadəyə verilib.

"Bakı küçələrində aparılan yenidənqurma işləri nəqliyyat axınlarını daha rahat və təhlükəsiz etməyi hədəfləyir" - agentlik bəyan edib.

Избранный
2
38
ulusum.az

10Источники