AZ

“Bayer”in futbolçusu qəzaya düşdü - VİDEO

“Bayer Leverkuzen”in futbolçusu Viktor Bonifes dostları ilə hava limanına gedərkən qəzaya düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Bildirib ki, futbolçu sərnişin oturacağında əyləşib. Avtomobilin sürücüsü yorğunluqdan idarəetməni itirib və nəqliyyat vasitəsi digər zolağa çıxaraq qarşıdan gələn yük maşınına çırpılıb. Nəticədə futbolçunun olduğu avtomobil aşıb.

23 yaşlı nigeriyalı xəstəxanaya aparılıb. “Bayer” forvardın yalnız əlindən yüngül zədə aldığını bildirib.

Məlumata görə, yük maşınının sürücüsü xəsarət almayıb.

Qeyd edək ki, Bonifes bu mövsüm Leverkuzen təmsilçisinin heyətində on oyun keçirib və yeddi qol vurub.

Almaniya çempionatının növbəti oyununda “Bayer” “Verder”lə qarşılaşacaq. Oyun oktyabrın 26-da baş tutacaq.


Bizim.Media

Seçilən
1
3
bizim.media

10Mənbələr