AZ

Futbolçu hava limanına gedərkən qəzaya düşdü

"Bayer Leverkuzen"in futbolçusu Viktor Bonifase dostları ilə hava limanına gedərkən qəzaya düşüb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, futbolçu sərnişin oturacağında əyləşib. Avtomobilin sürücüsü yorğunluqdan idarəetməni itirib. Avtomobil qarşıdan gələn zolağa çıxıb və orada yük maşınına çırpılıb. Futbolçunun olduğu avtomobil aşıb.

Bonifase xəstəxanaya aparılıb. "Bayer" forvardın yalnız əlindən yüngül zədə aldığını bildirib. Yük maşınının sürücüsü xəsarət almayıb.

Seçilən
0
1
unikal.az

10Mənbələr