AZ

Samuxda "Təmiz hava" aylığı çərçivəsində tədbirlər keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən "Təmiz hava" aylığı çərçivəsində tədbirlər davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a bildirilib.
Məlumata görə, şəhər ərazisində keçirilən tədbirlər zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb. Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobillərin sürücüləri ilə profilaktik söhbətlər aparılıb və onlara avtomobillərin saz vəziyyətdə saxlanılmasının vacibliyi çatdırılıb.
Qayda pozuntularına yol verən 21 sürücü barəsində inzibati tənbeh tədbirləri görülüb.
Seçilən
2
2
oxu.az

10Mənbələr