AZ

İran Prezidenti BRICS sammitində Rusiya və Çin liderləri ilə görüşəcək

İran Prezidenti Məsud Pezeşkian Kazanda keçiriləcək BRICS sammitində iştirakı çərçivəsində rusiyalı həmkarı Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ikitərəfli danışıqlar aparmağı planlaşdırır.

 

Bu barədə “Mehr” agentliyi iqtidardakı mənbələrinə istinadən məlumat yayıb.

 

“BRICS sammitində çıxışından əlavə, Pezeşkian digər ölkələrin rəhbərləri, o cümlədən Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ikitərəfli görüşlər keçirməyi planlaşdırır”, – məlumatda deyilir.

 

Qeyd edək ki, BRICS sammiti 22-24 oktyabr tarixlərində keçiriləcək.

Seçilən
0
11
senzor.az

10Mənbələr