AZ

Bekhem MLS kubokunu Messiyə verdi - FOTO

“İnter Mayami”nin MLS-in müntəzəm çempionatında son oyununa çıxıb.

"Unikal" xəbər verir ki, komanda  “Nyu-İnqlend Revolüşn”la qarşılaşıb və 6:2 hesabı ilə qalib gəlib.
Oyunda məşhur futbolçular Lionel Messi het-trik, Luis Suares isə dubl edib. Komandanın digər qolunu isə Benjamin Kremaski vurub.

Həmçinin bu gün 32-ci turda  - oktyabrın 3-də çempionluğu rəsmiləşdirən "İnter Mayami"yə MLS-in kuboku da təqdim olunub. 

Klubun sahibi Devid Bekhem kapitan Lionel Messiyə çempionluq kubokunu təqdim edib və komandanı təbrik edib. 

Bundan əlavə, Messiyə klub tarixinin 1 mövsümdə ən çox qol vuran (33 qol) futbolçusu kimi mükafat da verilib.

Seçilən
11
2
unikal.az

3Mənbələr