AZ

Bekhem MLS kubokunu Messiyə verdi - Şəkillər

style='margin-bottom:10px;'>

“İnter Mayami”nin MLS-in müntəzəm çempionatında son oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda  “Nyu-İnqlend Revolüşn”la qarşılaşıb və 6:2 hesabı ilə qalib gəlib.

Oyunda məşhur futbolçular Lionel Messi het-trik, Luis Suares isə dubl edib. Komandanın digər qolunu isə Benjamin Kremaski vurub.

Həmçinin bu gün 32-ci turda  - oktyabrın 3-də çempionluğu rəsmiləşdirən "İnter Mayami"yə MLS-in kuboku da təqdim olunub. 

Klubun sahibi Devid Bekhem kapitan Lionel Messiyə çempionluq kubokunu təqdim edib və komandanı təbrik edib. 

Bundan əlavə, Messiyə klub tarixinin ən yaxşı bombardiri mükafatı da verilib.

Seçilən
13
2
teleqraf.com

3Mənbələr