AZ

Aparıcı bayrağın bu formada asılmasını tənqid etdi

Aparıcı Leyla Quliyeva bayraqla bağlı paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.Missiya.Az xəbər verir ki, L. Quliyeva avtomobili ilə paytaxt küçələrin birində gedərkən milli atributumuzun görüntülərinin çəkərək instaqram səhifəsində yayımlayıb.

Aparıcı dövlət bayrağımızın ütülənməmiş formada asılmasını tənqid edib: “Deyəcəksiniz ki, detaldır, bundan böyük problemlərimiz var, təki elə dərdimiz bu olsun və sair. Amma bayraq bizim üzümüzdür axı. Millətin şəxsiyyət vəsiqəsi niyə əzik olmalıdır? Yəni, sırayla asanda heç kimin ağlına gəlmədi ki, bir ütü çəksin? Nəyə ümid edirsiniz? Asıldıqca, qırışları açılacaq? Bilin, açılmayıb! Nə bayrağın qırışı, nə də milli özünüdərkimizin!”

Zərintac MayisqızıMissiya.Az

Seçilən
0
10
missiya.az

10Mənbələr