AZ

“Millətin şəxsiyyət vəsiqəsi niyə əzik olmalıdır?” – Tənqid etdi

Aparıcı Leyla Quliyeva paytaxt küçələrin birində asılan dövlət bayrağımızla bağlı paylaşım edib.

Dərgi.az xəbər verir ki, teleaparıcı milli atributun ütülənməmiş formada asılmasını tənqid edib:

“Deyəcəksiniz ki, detaldır, bundan böyük problemlərimiz var, təki elə dərdimiz bu olsun və sair. Amma bayraq bizim üzümüzdür axı. Millətin şəxsiyyət vəsiqəsi niyə əzik olmalıdır? Yəni, sırayla asanda heç kimin ağlına gəlmədi ki, bir ütü çəksin? Nəyə ümid edirsiniz? Asıldıqca, qırışları açılacaq? Bilin, açılmayıb! Nə bayrağın qırışı, nə də milli özünüdərkimizin!”

Seçilən
3
10
dergi.az

10Mənbələr