AZ

Avropa Parlamenti Gürcüstana ayrılan maliyyənin dondurulmasını tələb edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avropa Parlamentinin üzvləri Gürcüstanda demokratiyadan geri çəkilmənin ölkənin Avropa İttifaqı (Aİ) ilə inteqrasiyasını dayandırdığını bildirərək, Tbilisiyə Avropadan ayrılan maliyyənin dondurulmasını tələb edən qətnamə qəbul ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Qətnamə lehinə 495, əleyhinə 73, bitərəf 86 səslə təsdiq edilib.
Qeyd olunur ki, Gürcüstana 2023-cü ilin dekabrında Aİ-yə namizəd statusu verilsə də, 26 oktyabrda keçiriləcək parlament seçkisində qalib gələcəyi gözlənilən hakim "Gürcü arzusu" partiyası getdikcə avtoritar gündəmi irəli sürür.
Bundan əlavə, sənəddə bildirilir ki, Gürcüstanın yeni qanunları, ölkənin seçki qanunlarına edilən dəyişikliklər və artan anti-Avropa ritorikası ilə birlikdə, söz azadlığını pozur, mediaya senzura qoyur, vətəndaş cəmiyyəti və QHT sektorunda tənqidi fikirlərə məhdudiyyətlər qoyur və həssas təbəqəyə qarşı ayrı-seçkilik edir.
Qətnamədən belə çıxır ki, belə qanunlar ləğv edilmədikcə, Gürcüstanın Aİ ilə münasibətlərində irəliləyiş mümkün olmayacaq.
Seçilən
2
50
oxu.az

10Mənbələr