AZ

“Sarıqışlaq” SES Oxçuçayın üzərində kaskad üsulla tikilən Zəngilan silsiləsindəki 4 SES-dən biridir - Ramiz Vəliyev (FOTO)

Zəngilan. Trend:

“Sarıqışlaq” SES Oxçuçayın üzərində kaskad üsulla tikilənZəngilan silsiləsindəki 4 SES-dən biridir. Yaşıl enerji zonasıkonsepsiyasına uyğun olaraq tikilən “Sarıqışlaq” SES-də eyni vaxtdaderivasiya borularının montajından, bünövrə işlərindən tutmuş maşınzalının tikilməsinə, açıq paylayıcının qurulmasına qədər bütünişlər tam normativ qaydalara uyğun həyata keçirilib.

Trend xəbərverir ki, bunu “AzərEnerji” ASC – “Yaşıl Enerji” MMC-nin direktoruRamiz Vəliyev jurnalistlər verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, flora və faunanın qorunması üçün xüsusiqurğular quraşdırılmaqla yaradılan baş suqəbuledicidən çıxan suyun35 faizi çay məcrasında saxlanılmaqla derivasiya boruları çəkilibvə borudan çıxan suyun itkisiz şəkildə çaya təkrar buraxılmasıtəmin edilib:

"“Sarıqışlaq” SES-də tikilən maşın zalında çayda su azalarkənözünü avtomatik dayandıra bilən 2 ekoturbin quraşdırılıb ki, buturbinlər Oxçuçayın ekoloji axımından iki dəfə artıq suyun çaydasaxlanılmasını təmin edir. su elektrik stansiyasında 110 kV-luqaçıq paylayıcı qurğu tikilib. Bu qurğu nəinki “Sarıqışlaq” SES-də,eyni zamanda “Şayıflı” SES-də istehsal olunan yaşıl enerjininsistemə ötürülməsi funksiyasını icra edir. Burada həmyarımstansiya, həm də bütövlükdə su elektrik stansiyası rəqəmsalavadanlıqlarla təchiz edilərək avtomatik idarəetmə sistemi ilətəmin olunub".

“Sarıqışlaq”da il ərzində 33 milyon kilovat-saatadək elektrikenerjisinin istehsal olunması, bununla da 7,4 milyon kubmetr qazaqənaət edilməsi və atmosferə atılan 13 min ton karbon qazınınqarşısının alınması nəzərdə tutulur.

Qeyd edək ki, “Sarıqışlaq” SES-in də daxil olduğu 4 SES-dənibarət 42 meqavatlıq Zəngilan silsiləsi işğaldan azad edilənərazilərdə yaradılan ən böyük silsilədir. Yerli mütəxəssislərtərəfindən layihələndirilməklə, tam yeni tikilmiş 42 MVt gücündəkaskad tipli bu 4 stansiya qoyuluş gücünün 70 faizdən çox hissəsiilə çalışır. Burada istehsal olunun enerjinin bir hissəsi daxilitələbata sərf edilir, artıq qalan enerji isə ölkə enerjisisteminəyönləndirilir. Bu da regional enerji müstəqilliyini artırır vəətraf mühitin qorunmasına töhfə verir.

“Sarıqışlaq”
“Sarıqışlaq”
“Sarıqışlaq”
“Sarıqışlaq”
“Sarıqışlaq”
“Sarıqışlaq”
“Sarıqışlaq”
“Sarıqışlaq”
Seçilən
29
25
az.trend.az

10Mənbələr