AZ

Azərbaycanın Avstriya ilə ticarəti 50 % azaldı

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Avstriya ilə ticarət dövriyyəsi 108,1 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 50% azdır.

Hesabat dövründə ölkədən Avstriyaya ixrac 50,2 milyon dollar təşkil edib. Azərbaycanın Avstriyadan idxalının dəyəri isə 57,8 milyon dollar olub.

 

Gözəl Həşimova

Seçilən
12
iqtisadiyyat.az

1Mənbələr