Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Avstriya ilə ticarət dövriyyəsi 108,1 milyon dollar təşkil edib.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 50% azdır.
Hesabat dövründə ölkədən Avstriyaya ixrac 50,2 milyon dollar təşkil edib. Azərbaycanın Avstriyadan idxalının dəyəri isə 57,8 milyon dollar olub.
Gözəl Həşimova