AZ

"FİBERNET" gömrük qaydalarını pozub

"FİBERNET" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Vayuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

18.10.2024-cü il tarixində işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.

Sadiq İsbəndərli

Seçilən
9
6
valyuta.az

10Mənbələr