AZ

"Auto Azərbaycan"a protokol tərtib edildi

"Auto Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyəti  barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Valyuta.az-ın məlumatına görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

İş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun icraatındadır.

Sadiq İsbəndərli

Seçilən
1
5
valyuta.az

10Mənbələr