AZ

AL: Türkiyə klubları üçün uğursuz həftə - YENİLƏNİB

Bu gün Avropa Liqasında Liqa mərhələsinin II turunun oyunları keçirilib. 

Apasport.az xəbər verir ki, Türkiyə təmsilçiləri də növbəti oyunlarına çıxıblar.

Türk komandaları adına ilk matç Latviyada baş tutub. "Qalatasaray" "RFŞ" komandasının qonağı olub. 

"Aslanlar" 2:0 önə keçdiyi qarşılaşmada hesabı qoruyub saxlaya bilməyib. Öz qapısında da 2 top görən "cimbom" 2 xalı Latviyada qoyub - 2:2.

Günün digər matçında “Fənərbaxça” Niderlandda “Tvente”nin qonağı olub. Hesabda geri düşən "sarı-lacivərdlər" bərabərlik topunu vurmağa nail olub - 1:1.

“Beşiktaş” isə doğma azarkeşləri önündə “Ayntraxt”ı qəbul edib. "Qara qartal" bu matçda da uğursuzluğa düçar olub. Komanda 1:3 hesablı yenilgi ilə üzləşib.

Qeyd edək ki, daha bir Türkiyə təmsilçisi "Başakşehir" dünən Konfrans Liqasında "Rapid"ə uduzub - 1:2.

UEFA Avropa Liqası

Liqa mərhələsi, II tur

3 oktyabr

20:45 "Ferentsvaroş" (Macarıstan) – "Tottenhem" (İngiltərə) 1:2

20:45 "Hoffenhaym" (Almaniya) – "Dinamo Kiyev" (Ukrayna) 2:0

20:45 "Latsio" (İtaliya) – "Nitsa" (Fransa) 4:1

20:45 "Makkabi" (Təl-Əviv, İsrail) – "Midtyülland" (Danimarka) 0:2

20:45 "Olimpiakos" (Yunanıstan) – "Braqa" (Portuqaliya) 3:0

20:45 RFŞ (Latviya) – "Qalatasaray" (Türkiyə) 2:2

20:45 "Slaviya" (Çexiya) – "Ayaks" (Niderland) 1:1

20:45 "Real Sosyedad" (İspaniya) – "Anderlext" (Belçika) 1:2

20:45 "Qarabağ" (Azərbaycan) – "Malmö" (İsveç) 1:2

23:00 "Tvente" (Niderland) – "Fənərbaxça" (Türkiyə) 1:1

23:00 "Beşiktaş" (Türkiyə) – "Ayntraxt" (Frankfurt, Almaniya) 1:3

23:00 "Elfsborq" (İsveç) – "Roma" (İtaliya) 1:0

23:00 "Atletik" (İspaniya) – "Alkmaar" (Niderland) 2:0

23:00 "Portu" (Portuqaliya) – "Mançester Yunayted" (İngiltərə) 3:3

23:00 PAOK (Yunanıstan) – "Styaua" (Rumıniya) 0:1

23:00 "Reyncers" (Şotlandiya) – "Lyon" (Fransa) 1:4

23:00 "Yunion" (Belçika) – "Bodo Qlimt" (Norveç) 0:0

23:00 "Viktoriya" (Çexiya) - "Lüdoqorets" (Bolqarıstan) 0:0

Konfrans Liqası: "Başakşehir" turnirə məğlubiyyətlə başladı - YENİLƏNİB

“Malmö”nün baş məşqçisi: “Qarabağ” “Sparta” və “Reyncers”dən güclü komandadır”

“Malmö”nün futbolçusu: “Bura əminliklə gəlmişik”

Çempionlar Liqası: “Borussiya”dan darmadağın, "Arsenal” PSJ-ni məğlub etdi - YENİLƏNİB

Avropa Liqası: "Qarabağ"ın legioneri liderdir

Seçilən
12
5
apasport.az

10Mənbələr