AZ

Liqa mərhələsində II turun qarşılaşmaları keçirildi -

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun qarşılaşmaları keçirilib.Metbuat.az xəbər verir ki, “Qarabağ”ın I turda uduzduğu (0:3) “Tottenhem” Macarıstanda “Ferentsvaroş”un, “Ayaks” Çexiyada “Slaviya”nın qonağı olub.Yunanıstanın “Olimpiakos” komandası doğma meydanda “Braqa” ilə qarşılaşıbsa, “Budyo Qlimt” Belçikada “Yunion”la üz-üzə gəlib. Rumıniya təmsilçisi FCSB də səfərdə oynayıb. Bu komanda Yunanıstanda PAOK-la üz-üzə gəlib. Azərbaycan çempionunun rəqibi olan İsveçin digər təmsilçisi “Elfsborq” klubu evdə “Roma”nı qəbul edib. “Lion” isə Şotlandiyada “Reyncers”lə görüşüb.Türkiyə klublarından “Qalatasaray” səfərdə RFS-in, “Fənərbağça” “Tvente”nin qonağı olub. “Beşiktaş” isə doğma meydanda “Ayntraxt”la münasibətlərə aydınlıq gətirib.UEFA Avropa LiqasıLiqa mərhələsiII tur3 oktyabr20:45. "Latsio" (İtaliya) - "Nitsa" (Fransa) 4:120:45. "Slaviya" (Çexiya) - "Ayaks" (Niderland) 1:120:45. "Real Sosyedad" (İspaniya) - "Anderlext" (Belçika) 1:220:45. "Olimpiakos" (Yunanıstan) - "Braqa" (Portuqaliya) 3:020:45. "Makkabi" (Təl-Əviv, İsrail) - "Midtyullann" (Danimarka) 0:220:45. "Ferentsvaroş" (Macarıstan) - "Tottenhem" (İngiltərə) 1:220:45. "Qarabağ" - "Malmö" (İsveç) 1:220:45. "Hoffenhaym" (Almaniya) - "Dinamo" (Kiyev, Ukrayna) 2:020:45. RFS (Latviya) - "Qalatasaray" (Türkiyə) 2:223:00. "Portu" (Portuqaliya) - "Mançester Yunayted" (İngiltərə) 3:323:00. "Reyncers" (Şotlandiya) - "Lion" (Fransa) 1:423:00. PAOK (Yunanıstan) - FCSB (Rumıniya) 0:123:00. "Viktoriya" (Çexiya) - "Ludoqorets" (Bolqarıstan) 0:023:00. "Yunion" (Belçika) - "Budyo Qlimt" (Norveç) 0:023:00. "Atletik" (İspaniya) - AZ (Niderland) 2:023:00. "Tvente" (Niderland) - "Fənərbağça" (Türkiyə) 1:123:00. "Beşiktaş" (Türkiyə) - "Ayntraxt" (Almaniya) 0:323:00. "Elfsborq" (İsveç) - "Roma" (İtaliya) 1:0

Qeyd edək ki, Liqa mərhələsində III tura oktyabrın 23-də start veriləcək.

Seçilən
6
9
metbuat.az

10Mənbələr