AZ

"İranın raket hücumlarına cavab verəcək əməliyyat planı artıq hazırdır”- Sensasiya

"Önümüzdəki günlərdə İsrail İranın ballistik raket hücumlarına cavab olaraq əsasən, həll edici zərbə sayılacaq iki cür əməliyyat keçirə bilər".

Musavat.com xəbər verir ki, bu fikirləri siyasi təhlilçi

Aqşin Kərimov bildirib. O əlavə edib ki, İsrail İranın içərilərində heyrətamiz kəşfiyyat əməliyyatlarını silsilə halına gətirə bilər: "İkincisi, İsrail İranın nüvə obyektlərini ya kiberhücumlarla, ya da birbaşa qırıcı təyyarələrlə hədəf seçməyi nəzərdə keçirir.

İranla İsrailin açıq müharibə ritorikasını birbaşa praktiki səviyyəyə keçirməsi Yaxın Şərqdə amansız zorakılıqlar silsiləsinin davam edəcəyinin indikatorudur.

Baş verən hadisələrə, hətta İranın kütləvi aviazərbələrinə baxmayaraq, qənaətim budur ki, İran Yaxın Şərqdə güzəşt dərəcəsinə doğru gedəcək.

Çünki İran İsraili məhv etmək, siyasi şiəliyin radikal, ekstremist və inqilabi formasının zəfərini təmin etmək iqtidarında deyil".

Siyasi təhlilçi qeyd edib ki, bununla belə İranın güzəşt siyasətinin sülh və təhlükəsizlikdə dönüş nöqtəsini müəyyən edəcəyi az ehtimal olunur: "Səbəbindən asılı olmayaraq, Yaxın Şərqin gələcəyinə dair toqquşma kursunun davam edəcəyi proqnozlarına əsaslar çoxdur.

Regionda gərginlik dozası artdıqca isə, eskalasiyaları cilovlamaq üçün təşəbbüslərin ələ keçirilməsi uğrunda ABŞ-Rusiya-Çin rəqabət üçbucağı alovlanacaq.

Təbii ki, bu, müsbət mənada dinamik, dinc, təhlükəsiz və modernləşən Yaxın Şərqi ortaya çıxarmayacaq. Əksinə güclərin bir-birlərinin potensiallarını, vizyonlarını pozmaq və alçaltmaq üçün həyata keçirəcəyi oyunlar daha geniş müharibə alovlarına səbəb olacaq".

 

Afaq Mirayiq,
Musavat.com

Seçilən
7
1
musavat.com

10Mənbələr