AZ

Yaxın Şərqdə yeni müharibə qorxusu: İsrail İrana necə cavab verəcək?

İranın Haniyə və Nəsrullahın öldürülməsinə cavab olaraq İsrailə raket yağışı yağdırması Yaxın Şərqdə böyük müharibə qorxusuna səbəb olub.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, dünya bu dəfə İsrailin İrana cavabını gözləyir.

ABŞ-nin Axios xəbər saytı İsrail rəsmilərinin dünənki raket hücumuna bir neçə gün ərzində cavab verəcəyini bildirib.

O, \"böyük qisas\" alacaqları ilə bağlı bəyanatını paylaşıb.
 
Xəbərdə deyilib ki, cavab tədbirləri İrandakı neft hasilatı və nüvə obyektlərinə hücumlar ola bilər.
 
Dünən axşam saatlarında keçirilən Nazirlər Kabinetinin fövqəladə iclasından sonra İsrailin baş naziri Benyamin Netanyahu \"İran bu gecə böyük səhv etdi və bunun əvəzini ödəyəcək\" deyib.
 
ABŞ İranın dünənki hücumun \"ağır nəticələri” ilə üzləşəcəyini və cavabı müəyyən etmək üçün İsraillə birlikdə çalışacağını açıqlayıb.

Bu barədə İsrail ordusunun sözçüsü Daniel Həqari açıqlama verib.
 
\"Bu gecə baş verən hadisənin nəticələri olacaq” deyən Həcəri əlavə edib \"İran bu gecə ciddi addım atdı və onlar Yaxın Şərqi gərginliyə sürükləyirlər. Biz siyasi səviyyənin rəhbərliyinə uyğun olaraq, seçdiyimiz yerdə və zamanda hərəkət edəcəyik\" - deyə bildirib.

İranın Baş Qərargah rəisi Məhəmməd Baqeri bildirib ki, İsrail İrana hücum edərsə, daha şiddətli cavab verəcək və onların bütün infrastrukturu hədəfə alınacaq.
 
İranın Tehranda və digər şəhərlərdə müxtəlif nüvə obyektləri, xüsusilə Buşehr Atom Elektrik Stansiyası və Natanz Uran Zənginləşdirmə Müəssisəsi var.

İsrail bundan əvvəl də İranın nüvə obyektlərinə hücumlar və atom enerjisi üzərində çalışan alimlərə qarşı sui-qəsdlər həyata keçirib.

Böyük neft ehtiyatlarına malik İranın Tehran, Arak və Abadan kimi bölgələrində də mühüm neft hasilatı obyektləri var.

Mikayıl
Seçilən
12
50
azxeber.com

10Mənbələr