AZ

Qərar qəbul edildi, bu gecə vuracaqlar

İsrailin Təhlükəsizlik Kabineti İrana qarşı cavab tədbirləri görmək barədə qərar qəbul edib.

İsrail ABŞ-la koordinasiyadan sonra İranın raket hücumlarına sərt cavab verilməsinə qərar verib. İsrailin “Kanal 12” televiziyasının məlumatında İsrailin İrandakı strateji bölgələri hədəf almağı planlaşdırdığı iddia edilib. Bəzi KİV-lər hücumun bu gecə həyata keçirilə biləcəyini irəli sürüb.

Qeyd edək ki, ötən gün İran İsrailə raketlər atıb. İranın İsrailə 500-ə qədər raket buraxdığı deyilir. İsrail tərəfi ölənlərin olduğu barədə xəbərləri təkzib edib. İran tərəfi isə hərbi hədəflərin vurulduğunu irəli sürüb. / Metbuat.az

Seçilən
3
2
show.az

3Mənbələr