AZ

İsrail qərar qəbul etdi - İranı vuracaq

  İsrailin Təhlükəsizlik Kabineti İrana qarşı cavab tədbirləri görmək barədə qərar qəbul edib.

Referans.az xəbər verir ki, İsrail ABŞ-la koordinasiyadan sonra İranın raket hücumlarına sərt cavab verilməsinə qərar verib. İsrailin “Kanal 12” televiziyasının məlumatında İsrailin İrandakı strateji bölgələri hədəf almağı planlaşdırdığı iddia edilib. Bəzi KİV-lər hücumun bu gecə həyata keçirilə biləcəyini irəli sürüb. 

Qeyd edək ki, ötən gün İran İsrailə raketlər atıb. İranın İsrailə 500-ə qədər raket buraxdığı deyilir. İsrail tərəfi ölənlərin olduğu barədə xəbərləri təkzib edib. İran tərəfi isə hərbi hədəflərin vurulduğunu irəli sürüb./Metbuat.az  

Seçilən
15
2
referans.az

3Mənbələr