AZ

Hava limanında partlayış

Yaponiyanın Miyazaki əyalətində yerləşən hava limanında qorxulu hadisə baş verib. 

News24.az xəbər verir ki, yerli hakimiyyət orqanlarından əldə edilən məlumata görə, yerli vaxtla saat 08:00 radələrində uçuş-enmə zolağı yaxınlığındakı taksi yolu hissəsində partlayış baş verib. 

Hadisə yerinə çoxlu sayda polis və yanğınsöndürmə briqadası göndərilərkən, diametri 7 metr, dərinliyi 1 metr olan çuxurun əmələ gəldiyi müəyyən edilib.

Hadisə zamanı ölən və yaralanan olmasa da, ehtiyat tədbiri olaraq bütün uçuşlar dayandırılıb. Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb. 

Qeyd edək ki, uçuş-enmə zolağında İkinci Dünya Müharibəsi dövrünə aid partlamamış hərbi sursatların olması ehtimalı ilə Saqa əyalətində yerləşən Yaponiya Özünümüdafiə Qüvvələrinin (SDF) bomba zərərsizləşdirilməsi qrupunun Miyazaki hava limanına göndərildiyi açıqlanıb.

Məryəm İlhamqızı

Seçilən
2
3
news24.az

4Mənbələr