AZ

Hava limanında partlayış baş verdi

Hava limanının uçuş-enmə zolağında naməlum səbəbdən partlayış baş verib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə Yaponiyanın Miyazaki hava limanında baş verib.
 
Belə ki, yerli hakimiyyət orqanlarından əldə edilən məlumata görə, yerli vaxtla saat 09:00 radələrində uçuş-enmə zolağı ilə apron arasındakı taksi yolu hissəsində partlayış baş verib.
 
Hadisə yerinə çoxlu sayda polis və yanğınsöndürmə briqadası göndərilib. Partlayış nəticəsində diametri 7 metr, dərinliyi 1 metr olan çuxurun əmələ gəldiyi müəyyən edilib.
 
Hadisə zamanı ölən və yaralanan olmasa da, ehtiyat tədbiri olaraq bütün uçuşlar dayandırılıb.
 
Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb. Partlayışa səbəb olaraq, uçuş-enmə zolağında İkinci Dünya Müharibəsi dövrünə aid partlamamış hərbi sursatların olması ehtimal kimi göstərilir.
 
Bununla bağlı bomba zərərsizləşdirilməsi qrupunun Miyazaki hava limanına göndərildiyi açıqlanıb.
 
Oksana
Seçilən
12
3
azxeber.com

4Mənbələr