AZ

İran İsraili vurdu, Avropada qazın qiyməti qalxdı

Çərşənbə günü səhər Londonun ICE birjasında qazın qiyməti 1 min kubmetr üçün 460,6 dollara (+3%) qalxıb. Bazar İranın İsrailə qarşı  kütləvi raket hücumuna reaksiya verib. 
Valyuta.az xəbər verir ki, bunu ticarət məlumatları sübut edir.

Moskva vaxtı ilə saat 9:14-ə olan məlumata görə, Hollandiyanın TTF qovşağında noyabr fyuçerslərinin qiyməti 1 min kubmetr üçün 458,42 dollara qədər korrektə olunub.

Oktyabrın 1-də İsrail Müdafiə Qüvvələri İranın İsrailə raket atdığını elan edib. “The Jerusalem Post”un məlumatına görə, İran kütləvi hücum zamanı yəhudi dövləti istiqamətində 400-ə yaxın raket atıb.

Neft qiymətləri Yaxın Şərqdə münaqişənin kəskinləşməsinə baxmayaraq, üçüncü rübdə 17% ucuzlaşıb. Enerji qiymətlərinin düşməsinin səbəblərindən biri Çindən gözlənilmədən aşağı tələbat olub.

Nicat

Seçilən
0
2
valyuta.az

3Mənbələr