AZ

İranın İsraili vurmasından sonra Avropada qazın qiyməti qalxıb

İranın İsrailə raket hücumundan sonra Avropada qazın qiyməti 3% artıb...

Çərşənbə günü səhər Londonun ICE birjasında qazın qiyməti 1 min kubmetr üçün 460,6 dollara (+3%) qalxıb.

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, birjalar İranın İsrailə qarşı kütləvi raket hücumuna reaksiya verib.Bunu ticarət məlumatları sübut edir.

Bir qədər sonra Hollandiyanın TTF qovşağında noyabr fyuçerslərinin qiyməti 1 min kubmetr üçün 458,42 dollara qədər tənzimlənib.

Xatırladaq ki, oktyabrın 1-də İsrail Müdafiə Qüvvələri İranın İsrailə raket atdığını elan edib. “The Jerusalem Post”un məlumatına görə, İran kütləvi hücum zamanı yəhudi dövləti istiqamətində 400-ə yaxın raket atıb.

Yaxın Şərqdə münaqişənin kəskinləşməsinə baxmayaraq, üçüncü rübdə neft qiymətləri 17% ucuzlaşıb. Enerji qiymətlərinin düşməsinin səbəblərindən biri Çindən gözlənilmədən aşağı tələbat olub.

Poliqon.info

Seçilən
2
2
poliqon.info

3Mənbələr