AZ

Ucarda qəzaya uğrayan yanacaqdaşıyan maşının sürücüsü öldü

Ucar rayonunda qəzaya uğrayan yanadaşıyan maşının sürücüsü yanaraq ölüb.

Yenisabah.az report-a istinadla xəbər verir ki, sürücünün ölümünü əraziyə cəlb olunmuş hüquq-mühafizə orqanlarının əməkdaşları təsdiqləyiblər.

Maşının qəzaya uğraması nəticəsində çıxan yanğın zamanı rayonun Müsüslü kənd sakininə məxsus tövlə də tamamilə yanıb. vakansiya

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının qəza nəticəsində yol kənarına aşmış avtomobilin çənində baş verdiyi və yaxınlıqdakı tikiliyə keçdiyi, habelə genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.


Telegram kanalımız
Seçilən
5
11
yenisabah.az

10Mənbələr