AZ

Yanacaqdaşıyan maşının sürücüsü yanaraq öldü

Ucar rayonunda qəzaya uğrayan yanadaşıyan maşının sürücüsü yanaraq ölüb.

Publika.az “Report”a istinadən xəbər verir ki, sürücünün ölümünü əraziyə cəlb olunmuş hüquq-mühafizə orqanlarının əməkdaşları təsdiqləyiblər.

Qeyd olunub ki, maşının qəzaya uğraması nəticəsində çıxan yanğın zamanı rayonun Müsüslü kənd sakininə məxsus tövlə də tamamilə yanıb.

***

Ucar rayonunda yanacaqdaşıyan maşının qəzaya uğradığı ərazidə yanğın söndürülüb.

Seçilən
2
3
publika.az

10Mənbələr