AZ

Rusiya-Çin gəmi dəstəsi Sakit okeanda patrul xidmətinə başladı

Rusiya Hərbi Dəniz Donanmasının və Çin Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri taktiki qrup yaradaraq, Asiya-Sakit okean regionunda patrul xidmətinə başlayıb.

Bakıvaxtı.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Sakit Okean Donanmasının mətbuat xidməti açıqlama yayıb.

Açıqlamaya görə, Rusiya tərəfdən dəstəyə "Admiral Tributs" və "Admiral Panteleev" böyük sualtı əleyhinə gəmilər, Çin tərəfindən isə "Xining" və "Vuxi" esminesləri, "Lin Yi" freqatı, həmçinin inteqrasiya olunmuş təchizat gəmisi "Taihu" daxil edilib. Birgə qrupun Oxot dənizində yanacaq ehtiyatını artırdığı, Bussol boğazını keçərək Sakit Okeanın şimal-qərb hissəsinə daxil olduğu bildirilib.

"Patrul tapşırıqlarının yerinə yetirilməsi zamanı Rusiya Hərbi Dəniz Qüvvələrinin və Çin Xalq Azadlıq Ordusunun gəmilərinin ekipajları sualtı qayıqlara qarşı müdafiə və dənizdə xilasetmə də daxil olmaqla, bir sıra təlim və döyüş hazırlığı təlimləri keçirəcək", - deyə məlumatda qeyd olunub.

Gülşən Şərif

Seçilən
10
50
bakivaxti.az

10Mənbələr