AZ

Fransada daha bir biabırçılıq - Məşhur idman kompleksində oğurluq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransanın paytaxtı Parisdə "Rolan Qarros" tennis kompleksinə hücum edilib, qızıl-zinət əşyaları oğurlanıb.
Oxu.Az AFP-yə istinadən xəbər verir ki, hücum edənlər kompleksə daxil olub, orada bir neçə ofisin qapısını sındırıblar.
Nəticədə 11 min avro nağd pul və 20 min avro dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Fransa Tennis Federasiyası polisin hazırda oğurluq faktını araşdırdığını açıqlayıb.
Qeyd edək ki, "Böyük Dəbilqə" turnirlərindən biri olan Fransa Açıq Çempionatı hər il "Rolan Qarros"un ərazisində keçirilir.
Xatırladaq ki, daha öncə də Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında zəhərlənmə və oğurluq əməlləri kimi faktlar qeydə alınmışdı.
Seçilən
8
4
oxu.az

5Mənbələr