AZ

Fransada tennis kompleksinə hücum edilib

Fransanın paytaxtı Parisdə "Rolan Qarros" tennis kompleksinə hücum edilib.

"Report" AFP-yə istinadən xəbər verir ki, hücum edənlər kompleksə daxil olub, orada bir neçə ofisin qapısını sındırıblar.

Nəticədə 11 min avro nağd pul və 20 min avro dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Fransa Tennis Federasiyası polisin hazırda oğurluq faktını araşdırdığını açıqlayıb.

Qeyd edək ki, Böyük Dəbilqə turnirlərindən biri olan Fransa Açıq çempionatı hər il "Rolan Qarros"un ərazisində keçirilir.

"Cebheinfo.az"

Seçilən
6
4
cebheinfo.az

5Mənbələr