AZ

Dava zamanı iki nəfər bıçaqlanıb

Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

“İki sahil” xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. Binə Sovxoz ərazisində yaşayan 1997-ci il təvəllüdlü Nicat Hüseynov tanışı 1990-cı il təvəllüdlü Zaur Sultanovla əlbəyaxa dava edib. Dava zamanı hər iki şəxs bir-birinə bıçaq zərbələri vurub.Dava zamanı yaralanan N.Hüseynov və Z.Sultanov xəstəxanaya yerləşdirilib.Həkimlərin verdiyi məlumata görə, Z.Sultanovun vəziyyəti ağırdır. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Seçilən
11
9
ikisahil.az

10Mənbələr