AZ

Bakıda dava düşdü: Bıçaqlananlar var

Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

 

Sfera.az xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

 

Binə Sovxoz ərazisində yaşayan 1997-ci il təvəllüdlü Nicat Hüseynov tanışı 1990-cı il təvəllüdlü Zaur Sultanovla əlbəyaxa dava edib.

 

Dava zamanı hər iki şəxs bir-birinə bıçaq zərbələri vurub.

 

Yaralanan N.Hüseynov və Z.Sultanov xəstəxanaya yerləşdirilib.

 

Həkimlərin verdiyi məlumata görə, Z.Sultanovun vəziyyəti ağırdır.

 

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)

Seçilən
1
18
sfera.az

10Mənbələr