AZ

"Hizbullah"ın daha bir yüksək çinli hərbçisi öldürüldü

İsrail ordusu Beyruta növbəti zərbə endirməklə "Hizbullah"ın hərbi qanadının kəşfiyyat idarəsinin üzvü Həsən Xəlil Yasini öldürüb.

Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.O, İsrail Hərbi Hava Qüvvələrinin "Hizbullah"ın yerləşdiyi Beyrutun Dahiya bölgəsinə endirdiyi zərbə nəticəsində öldürülüb.

“Yasin İsrailin şimal sərhədində və İsrail ərazisinin dərinliklərində mülki və hərbi hədəflərin müəyyən edilməsinə cavabdeh olan departamentdən məsul idi”, - deyə bəyanatda bildirilir.İsrail hərbçilərinin bildirdiyinə görə, Yasin “Hizbullahın bütün hücum bölmələri ilə intensiv əməkdaşlıq edib, İsrail mülki əhalisinə və hərbçilərinə qarşı müharibə zamanı həyata keçirilən terror hücumlarının planlaşdırılmasında şəxsən iştirak edib və yaxın günlərdə yeni hücumlar etməyi planlaşdırıb".

Seçilən
1
49
turanpress.com

10Mənbələr