“Qarabağ”ın bu gün “Tottenhem”lə keçiriləcək oyun nəzərdə tutulduğundan gec başlaya bilər.
QOL.az-ın xəbərinə görə, Ağdam təmsilçisini aparan avtobus Londonda oyuna yollanarkən tıxacda qalıb. Məsələ ilə bağlı UEFA nümayəndələri dərhal məlumatlandırılıb.
Bu səbəbdən saat 23:00-da başlaması nəzərdə tutulan görüşün 40-45 dəqiqə gec başlaması gözlənilir. Bununla yanaşı oyunun Bakı vaxtı ilə saat 00:00-da başlanacağı istisna edilmir.
Bakı vaxtı ilə saat 22:50-də komanda hələ stadiona çatmamışdı.
Oyun Avroliqanın Liqa mərhələsinin 1-ci turu çərçivəsində keçirilməlidir.