EN

“Qarabağ”ın oyunu ən azı 40-45 dəqiqə gec başlayacaq - Yenilənib

style='margin-bottom:10px;'>

“Qarabağ”ın bu gün “Tottenhem”lə keçiriləcək oyun nəzərdə tutulduğundan gec başlaya bilər.

QOL.az-ın xəbərinə görə, Ağdam təmsilçisini aparan avtobus Londonda oyuna yollanarkən tıxacda qalıb.  Məsələ ilə bağlı UEFA nümayəndələri dərhal məlumatlandırılıb. 

Bu səbəbdən saat 23:00-da başlaması nəzərdə tutulan görüşün 40-45 dəqiqə gec başlaması gözlənilir. Bununla yanaşı oyunun Bakı vaxtı ilə saat 00:00-da başlanacağı istisna edilmir. 

Bakı vaxtı ilə saat 22:50-də komanda hələ stadiona çatmamışdı.

Oyun Avroliqanın Liqa mərhələsinin 1-ci turu çərçivəsində keçirilməlidir.

Chosen
3
3
teleqraf.com

6Sources