AZ

Nazir müavini: “Ünvanlı sosial yardım proqramının elekronlaşması ilə bağlı narazılıqlar müəyyən çətinliklər yaradır”

“77 min ailəni əhatə edən ünvanlı sosial yardım proqramı mütəmadi olaraq təkmilləşdirilir. Elektronlaşma prosesində nazirliyin müvafiq sisteminə müraciətlər ötürülür. Bu müraciətlər araşdırılır. Bundan sonra həmin ailələr dövlət ödənişləri ilə təmin edilir”.

Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Hidayət Abdullayev "Ailə - dəyişməyən dəyərimiz” mövzusunda “Gənc Ailə Forumu”nda çıxışı zamanı bildirib.

"Bu işin təkmilləşdirilməsi, sadələşdirilməsi üçün vətəndaşlar tərəfindən doldurulan məlumatları əl ilə deyil, elektron şəkildə ötürülməsini təmin etmək məqsədilə müvafiq işlər aparılır", - deyə nazir müavini bildirib.

O, bu sahədə çətinliklərin olduğunu da qeyd edib: "Təəssüflər olsun ki, ailələrin elekronlaşma ilə bağlı narazılığı müəyyən çətinliklər yaradır. Hazırda bununla bağlı maarifləndirmə işləri aparılır". 

Günay Şahmar, Bizim.Media

Seçilən
0
18
bizim.media

10Mənbələr