AZ

"Ailələrin elekronlaşma ilə bağlı narazılığı müəyyən çətnliklər yaradır" - Nazir müavini

77 min ailəni əhatə edən proqram mütəmadi olaraq təkmilləşdirilir. Eleltronlaşma prosesində nazirliyin müvafiq sisteminə müraciətlər ötürülür. Bu müraciətlər araşdırılır. Bundan sonra həmin ailələr dövlət ödənişləri ilə təmin edilir.

Musavat.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Hidayət Abdullayev Ailə - dəyişməyən dəyərimiz” mövzusunda “Gənc Ailə Forumu”nda çıxışı zamanı bildirib.

"Bu işin təkmilləşdirilməsi, sadələşdirilməsi üçün vətəndaşlar tərəfindən doldurulan məlumatları əl ilə deyil, elektron şəkildə ötürülməsi təmin etmək məqsədilə müvafiq işlər aparılır", deyə nazir müavini bildirib.

O əlavə edib ki, bu sahədə çətinliklər var: "Təəssüflər osun ki, ailələrin elekronlaşma ilə bağlı narazılığı müəyyən çətnliklər yaradır. Hazırda bununla bağlı maarifləndirmə işləri aparılır". 

Afaq Mirayiq,
Musavat.com

Seçilən
0
18
musavat.com

10Mənbələr