AZ

İngiltərə Liqa Kuboku: "Arsenal" və "Liverpul"dan beş qol

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İngiltərə Liqa Kubokunun üçüncü raundunun (1/16 final) növbəti oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, "Arsenal" aşağı liqa təmsilçisi "Bolton"la qarşılaşıb. "Topçular" rəqibin qapısından 5 top keçiriblər. Qonaqlar bu qollardan yalnız birinin əvəzini çıxmağı bacarıblar - 5:1.
Digər görüşdə "Liverpul" "Vest Hem"i qonaq edib. Mersisaydlılar oyuna avtoqolla başlasalar da, geridönüşlə 5:1 hesablı qələbəni təmin ediblər. Jota və Salah dubla imza atıb.
Seçilən
9
18
oxu.az

10Mənbələr