AZ

Əvəzedicilər: “Turan Tovuz” “Araz-Naxçıvan”ı 5 qolla yendi

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 7-ci turun növbəti görüşü keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.

“Turan Tovuz”la “Araz-Naxçıvan”ın əvəzediciləri arasındakı qarşılaşmada meydan sahibləri darmadağına seviniblər.

7-ci turun qalan görüşləri ayın 23-də keçiriləcək.

Əvəzedicilər Liqası
7-ci tur
21 sentyabr

“Neftçi-2” – “Qarabağ-2” 1:0
Qol: Murad Məmmədov, 22.
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Teymur Teymurov, Sənan Bayramzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 16:00.

“Kəpəz-2” – “Şamaxı-2” 1:1
Qollar: Cavad Kərimov, 61 – Murad Qarayev, 8.
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00.

22 sentyabr

“Turan Tovuz-2” – “Araz-Naxçıvan-2” 5:1
Qollar: Elçin Qasımov, 2; 25; 38. Nahid Əliyev, 16. Rüfət Əhmədov, 90+2 – Nicat Quliyev, 70.
Hakimlər: Rauf Allahverdiyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Tovuz şəhər stadionu, 16:00.

23 sentyabr

“Səbail-2” – “Sabah-2”
Hakimlər: Əkbər Əhmədov, Zöhrab Abbasov, Asiman Əzizli, Maqsud Şamıyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Bayıl Arena”, 14:00.

“Sumqayıt-2” – “Zirə-2”
Hakimlər: Kamran Əliyev, Rəhman İmami, Şirmamed Mamedov, Niyaz Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
2
arena.az

10Mənbələr